Sizin Reklam Burada
Tel: 050 378-66-61

SBU POLKOVNİKİNİ AZƏRBAYCANLI AGENTLƏR ÖLDÜRÜB? - Qatillər zərərsizləşdirilib (FOTO)

Bu gün, 09:24   



İyulun 10-da Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç silahlı hücum nəticəsində öldürülüb.


Ukrayna mediasının yaydığı məlumata görə, polkovnik Voroniç işğal altındakı ərazilərdə separatçı liderlərin zərərsizləşdirilməsi üzrə bir sıra uğurlu əməliyyatların təşkilatçısı olub və bu səbəbdən Rusiya xüsusi xidmət orqanlarının "ölüm siyahısı"nda yer alıb.

Ukrayna Təhlükəsizlik Xidməti qətli törədən şəxslərin izinə düşərək xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı müqavimət göstərən iki nəfər zərərsizləşdirilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, tanınmış ukraynalı hərbi jurnalist Yuri Butusov “Censor.net” saytında dərc etdiyi məlumatda bildirib ki, zərərsizləşdirilən şəxslər Azərbaycan vətəndaşları – Xaqani Quləlizadə və Nərmin Quliyevdir. Butusovun sözlərinə görə, hər iki şəxs Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və onların Ukraynaya göndərilməsində məqsəd polkovnik Voroniçi fiziki olaraq aradan qaldırmaq olub. 

“Bu, peşəkar şəkildə hazırlanmış diversiya aktıdır. Ukraynaya terror aktı törətmək üçün göndərilənlər Rusiya kəşfiyyatına işləyən agentlərdir. Onların Azərbaycan vətəndaşı olduğu müəyyən olunub”, - deyə Butusov yazıb.

"AzPoıitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar