Hurriyyet.az xəbər verir ki, rəsmi İrəvan ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizi ilə bağlı təklifini təkzib etməyib.
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizininin ABŞ biznesinin iştirakı ilə açılması planını təklif etməsi ilə bağlı mətbuatda dərc edilən xəbərlər barəsində şərh verərkən beynəlxalq tərəfdaşlarla müzakirələrin davam etdiyini bəyan edib.
Badalyan xatırladıb ki, "beynəlxalq tərəfdaşları vaxtaşırı Ermənistan-Azərbaycan münasibətləri barəsində ideyalar irəli sürürlər. Buraya yolların açılması məsələsi də daxildir".
Beləliklə, İrəvan ABŞ-nin təklifinin təkzib edilməsi ilə bağlı açıqlama səsləndirilməyib.
Medianın yazdığına görə, Donald Trampın administrasiyası ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət və yolların monitorinqi məsələlərini həll etməsini təklif edib. İddiaya görə, belə bir variant təminat məsələsində Azərbaycanın tələblərini ödəmək, eyni zamanda Ermənistanın suverenliyini saxlamaq və Rusiyanı prosesdən uzaqlaşdırmaq imkanları verir. Məqalədə amerikalı məmurun sözləri sitat gətirilir: "Bəlkə də Prezident Tramp buna görə Nobel mükafatı alacaq".
Hürr Tərcüman