Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvanda mollalıq edən şəxs əqli qüsurlu kişiyə qarşı seksual zorakılıqda təqsirli bilinib

Bu gün, 10:25   



O, 4 il 6 ay azadlıqdan məhrum edilib

Naxçıvanda mollalıq edən şəxs əqli qüsurlu kişiyə qarşı seksual zorakılıqda təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum edilib.

Naxçıvan Muxtar Respublikasında keçirilən qapalı məhkəmə iclasında Culfa rayonu, Yayçı kənd sakini, 1940-cı il təvəllüdlü, 8 uşaq atası və kənd mollası kimi tanınan B.H. (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə (seksual xarakterli zorakılıq hərəkətləri) təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli hökmündə qeyd olunur.

Məhkəmə materiallarına görə, hadisə 27 avqust 2024-cü ildə baş verib. İttihama əsasən, B.H. qonşuluqda yaşayan qızının qaynı, birinci qrup əlil və təhsilsiz olan 1979-cu il təvəllüdlü İ.X. (ad və soyad şərtidir) adlı şəxsi qarajda qeyri-təbii yolla seksual zorakılığa məruz qoyub.

Şahid ifadələri və ekspertiza rəyləri əsasında məhkəmə B.H.-nin zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini sübut olunmuş sayıb. Zərərçəkmiş şəxsin ağır əqli gerilik diaqnozu ilə tam anlaqsız olduğu tibbi ekspertiza ilə təsdiqlənib.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul etməyib və zərərçəkmişin “öz istəyi ilə yaxınlıq qurduğunu” iddia edib. Lakin şahidlərin ifadələri və ailə üzvlərinin müşahidələri bu müdafiəni təkzib edib.

Məhkəmənin hökmü ilə B.H. məhkəmə zalında həbs olunaraq, məhkəmənin hökm verdiyi gündən etibarən azadlıqdan məhrumetmə cəzasını çəkməyə başladığı qeyd olunub.

Qərara əsasən, o, ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar