Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səfərbərlik Xidmətinin idarə rəisi HƏBS EDİLDİ

Bu gün, 09:14   



Səfərbərlik Xidmətinin idarə rəisi HƏBS EDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

Hurriyyet.az xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

O, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.

Qafqazinfo.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar