Masazır duz gölündə antisanitariya - Kanalizasiya birbaşa gölə axıdılır-Video
13-04-2025, 04:54
Abşeron rayonu , Mazazır qəsəbəsi ərazisində yerləşən duz gölü ilə bağlı narazılıqlar səngimir.
Ərazidə yaşayan sakinlər XALQ.AZ-a bildiriblər ki, gündəlik həyatda istifadə etdiyimiz duzun mənbəyi, Masazır duz gölünə axıdılan kanalizasiya xətləridir. Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq əməkdaşlarımız sözügedən ərazidə olublar və, həqiqətən şahidi olublar ki, kanalizasiya xətləri gölə axıdılır.
Əməkdaşlarımız Masazır Duz Zavodundan heç bir açıqlama almaq mümkün olmadı, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məsələ ilə bağlı heç məlumat verilmədi.
Qeyd edək ki, ərazidə zavod “Azərsun Holdinq” Masazır Duz Zavodudur.
Yazıda adları keçənlərin fikirlərində dərc etməyə hazırıq.