Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BAKIDA UCUZ NAXÇIVANDA BAHA... – Çörəyin qiymətindəki fərq nə ilə bağlıdır?

4-08-2023, 18:27   



Xəbər verildiyi kimi, bu günlərdə Naxçıvan Muxtar Respublikasında (MR) çörəyin qiyməti bir qədər ucuzlaşıb. Bu barədə Naxçıvan MR-sı İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iyulun 17-dən etibarən Naxçıvandakı pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılır. Hazırda 300 qramlıq çörəyin topdansatış qiyməti 36 qəpik, pərakəndə satış qiyməti isə 40 qəpik təşkil edir. Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

Qeyd edək ki, Muxtar Respublikada çörəyin qiyməti nisbətən ucuzlaşsa da, bu vacib ərzaq növü Bakı ilə müqayisədə hələ də bahadır. Belə ki, Naxçıvanda 300 qramlıq çörək 40 qəpiyə təklif olunduğu halda, paytaxtda bunun ikiqatı ağırlığındakı çörək 60 qəpiyə satılır. Yəni, Bakıda 600 qramlıq çörəyə 60 qəpik ödənildiyi halda, Naxçıvanda 80 qəpik ödənilir. Ona görə də, yerli sakinlər sözügedən qiymət dəyişikliyindən razı qalmadıqlarını bildirirlər. Onlar Azərbaycanın digər bölgələri ilə birbaşa bağlantısı olmayan Muxtar Respublikada bu cür sosial-iqtisadi fərqlərin yaranmasını düzgün hesab etmədiklərini, mövcud vəziyyətin əhalinin sosial durumunu bir qədər də çətinləşdirdiyini deyirlər.

Bu barədə “Gündəlik Naxçıvan” kanalına danışan çörək dükanlarından birinin sahibi R. Hüseynov qiymətin baha olmasını monopoliya ilə əlaqələndirir:“Naxçıvanda çörəyin qiymətinin baha olmasına səbəb digər sahələrdə olduğu kimi, bu sahənin də monopoliyada olmasıdır. Rəqabət olsa çörəyin qiyməti Bakı ilə eyni, hətta ucuz ola bilər. Həmin monopolistlər buğda biçimi zamanı qiyməti aşağı salaraq 100 min tonlarla buğdanı alır, sonra isə baha satırlar. Çörək işinə də onlar baxırlar. İstədikləri qiyməti qoyurlar. Naxçıvanda onlardan başqa kimsə buğda gətirə bilməzlər. Bu isə qiymətin baha olmasına gətirib çıxarır”.

Çörəyin baha olması əsasən kasıb təbəqəyə mənfi təsir göstərir. Naxçıvan şəhər sakini Bağır Quliyev deyir ki, böyük ailələrdə bu, daha çox hiss olunur: “Ailəmiz böyükdür. Hər gün 40 qəpikdən 6, bəzən 7 çörək almalı oluruq. Aldığımız çörəklərin çəkisi çox zaman 300 qram olmur, həm də qiymət bahadır. Bakı ilə müqayisədə hər gün mən çörək üçün 60-70 qəpik artıq pul xərcləyirəm. Bu minvalla aylıq büdcəmdən 20-25 manat əlavə pul gedir. Bu isə sosial təminatı ağır olan bir ailə üçün böyük puldur”.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar