Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Temperatur 7 dərəcə enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

27-07-2023, 18:21   


Bakıda və Abşeron yarımadasında iyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar