Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Resept qalmaqalı böyüyür: Həkimlərə yeni qadağa

21-06-2023, 17:51   


Resept qalmaqalı böyüyür: Həkimlərə yeni qadağa


Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

Bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin ötən gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən antibiotik reseptlə verilsə də, lakin bu tələbə riayət edilmir:

"Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə, kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək".

Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, ölkədə heç bioaktiv əlavə tapmaq mümkün deyil:

“Guya bu biri dərmanlar kommersiya məqsədi daşımır? Hamısı kommersiyadır. Sadəcə demək istəyirlər ki, bioaktiv əlavələrin reseptlərə yazılmasına qadağa qoyulacaq. Mənə bir şey çatmır ki, bu adi kağıza yazılıb veriləcəksə, reseptə yazmamağın mənası nədən ibarətdir? Niyə respetə yazılmasın? 

Əgər xəstəyə adi kağıza yazıb deyirəmsə ki, get bu dərmanları da ata bilərsən, deməli reseptə də yazıla bilər. Əgər apteklər bu əlavələri yenə satacaqsa, xəstəyə tövsiyə etmək olar. Məsələyə yanaşma düzgün deyil. Xarici ölkələrdəki kimi etmək istəyirsinizsə də, bunu elə oradakı kimi marketlərdə satışa qoyun. 

Əslində heç Azərbaycanda güclü bioktiv əlavə yoxdur. İnsanlar özlərinə biaoktiv əlavələr almaq istəyəndə xarici ölkələrdən gətizdirirlər. Azərbaycanda bu dəqiqə apteklərdən nə tapacaqsan ki?”

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar