Yay fəsli məzuniyyətlər, istirahətlər və əyləncələr dövrüdür.
Lakin bu fəslin də insan sağlamlığına, orqanizminə ciddi ziyanları var. Belə ki, yayda tez-tez günvurma hallarına rast gəlinir.
Cebhe.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq.
Havaların isti keçməsi günvurma hallarına olmasına səbəb olur.
Mütəxəssislər günvurmanın üç dərəcəsini müəyyən ediblər.
*Yüngül dərəcədə, insan şüurlu olur, zəiflik və ürəkbulanma hiss edir, baş ağrısı olur.
*Orta dərəcədə günvurma ilə temperatur yüksəlir, baş ağrısı və ürək bulanması daha da pisləşir, burun qanaması başlaya bilər. Hərəkət funksiyasının pozulması və qısamüddətli şüur itkisi mümkündür.
*Günvurma bəzən şiddətli dərəcədə ola bilər. Xəstənin üzü, qırmızı, isti və solğun olur, temperatur kritik olaraq yüksəlir və halüsinasiyalar baş verə bilir.
Hər hansı bir dərəcədə günvurma zamanı əsas qayda xəstəni dərhal sərin bir yerə gətirmək, uzatmaq, su vermək və bədən istiliyini aşağı salmaqdır. Ürək-damar və tənəffüs sistemlərinin işini bərpa etməkdir.
Həkimlər günorta saat 11:00-dan 17:00-dək birbaşa günəş işığında mümkün qədər az olmağı tövsiyə edirlər.
Yay aylarında açıq rəngli, geniş, bol geyimlərdən istifadə etmək, hər saatda bir stəkan su içmək, yağlı qidalardan imtina etmək günvurmadan qorunmağa kömək edir.
Günay Şahmar
Cebhe.info