Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazir tarix verdi, müzakirə başladı: Dərslər nə vaxt bitsin?

17-05-2023, 14:46   


Nazir tarix verdi, müzakirə başladı: Dərslər nə vaxt bitsin?


Elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə tədris ilinin tez başlanmasın məsələsindən danışıb. Nazir bildirib ki, tədris müddəti nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. 

Nazir həmçinin tədris müddətinin azaldılmasının mümkünlüyü barədə suala belə cavab verib: 

“İndi şagirdlər daha az dərsə gedir. Biz 10 il oxusaq da, bir çoxumuz şənbə günü dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir.

Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Mən bir təhsil işçisi kimi inanıram ki, təhsil müddəti uzun olsa, daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır". 

E.Əmrullayev qeyd edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı.

Bu xüsusda təhsil ekspertləri nə düşünürlər? Tədris ilinin müddəti artırılmalıdır?

Cebhe.info mövzu ilə bağlı təhsil ekspertlərinin fikrini öyrənib. 

Təhsil ekpserti Elşən Qafarov bildirib ki, tədrisin müddəti azaldıqca, keyfiyyəti də aşağı düşür: 

“Təhsil naziri bildirdi ki, nazir kimi deyil, bir təhsil işçisi kimi tədris ilinin sentyabrın 1-də başlamasının tərəfdarıyam. Təhsilin müddəti azaldıqca keyfiyyət də azalır. Düşünürəm ki, tədrisin sentyabrın 1-də başlayıb iyunun 14-də bitməsi daha yaxşıdır. Biz də artıq dünya təcrübəsindəki kimi 36 həftəlik tədris həftəsinə keçməliyik. Bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək”. 

Ekspert Nadir İsrafilov qeyd edib ki, inkişaf istəyiriksə, bu dəyişiklik olmalıdır: 

“Nazir tədrisin sentyabrın 1-də başlanmalı olduğunu deyərək, köhnə ənənəyə qayıtmağı nəzərdə tutmur. Nazirin dediyi budur ki, tədrisin müddəti nə qədər çox olarsa, təhsilin keyfiyyəti də bir o qədər yaxşı olar. Dünya təcrübəsində 38-40 həftədir, bizdə 34. Nazir indi təklif kimi çıxış edib. Amma bütün təkliflər toplanmalı, öyrənilməlidir. Daha sonra təhlil aparılmalıdır ki, burada nə uduzacağıq, nə qazanacağıq.

Əslində, bu məsələ uzun illərdir davam edən mübahisələrə son qoymaq üçün şansdır. Mən də düşünürəm ki, tədris həftəsini artırmaqla dərs yükünü yüngülləşdirmək və təhsilin keyfiyyətini artırmaq olar. Təbii ki, burada imtahan vaxtlarının dəyişilməsi kimi dəyişikliklər də görəcəyik. Amma təhsilin inkişafından danışırıqsa, bu dəyişikliyə gedilməlidir”.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, ən optimal tədris ili 1 sentyabr 30 maydır: 

“1 - 15 sentyabr dərs müddəti ilə 1 - 14 iyun dərs müddətini eyniləşdirmək, hava temperaturunun eyni olmasını demək boş və absurd fikirdir. Birincisi ona görə ki, 1 - 15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1 - 14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur.

Bundan başqa, 1 - 15 sentyabr təsirin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjilidirlər, həvəslidirlər. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür. Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr 30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar”. 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar