Sizin Reklam Burada
Tel: 050 378-66-61

Faktiki hava: Bu rayonlara qar yağır

15-05-2023, 20:48   




Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 15-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Qrız, Şahdağda, Daşkəsən rayonunun dağlıq ərazilərində isə qar yağıb.

Qeyd olunub ki, şimal-qərb küləyi 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar