Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Keçmiş prezident siyasətə qayıdır

20-09-2014, 13:25   
Keçmiş prezident siyasətə qayıdırFransanın keçmiş prezidenti Nikola Sarkozi əvvəllər rəhbəri olduğu partiyası Xalq Hərəkatı Birliyinin (UMP) başqanlığına namizəd olduğunu açıqlayıb.
Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Sarkozi bununla bağlı Feysbuk sosial şəbəkəsindəki rəsmi hesabında açıqlayıb.
“Siyasi ailəmin rəhbərliyinə namizədəm. Fransızlara yeni bir siyasi seçim təqdim etməyə qərar verdim, çünki Fransanın bu günkü vəziyyətinə laqeyd yanaşa bilmirəm”, - keçmiş prezident yazıb.
Yeni dövrdə XXI əsr üçün etibarlı alternativ təqdim edəcəyini vurğulayan Sarkozi əvvəlcə keçmiş fikir ayrılıqlarını həll etməli olduqlarını bildirib. Sarkozi onları gözləyən çətinliklərin fərqində olduqlarını da qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar