Sizin Reklam Burada
Tel: 050 378-66-61

Ləğv olunan BNA-nın 230 minlik sonuncu tenderini KİM UDUB?

20-04-2023, 14:23   


           
Ləğv olunan BNA-nın 230 minlik sonuncu tenderini KİM UDUB?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) ləğv olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə birləşdirilib.
Dünən eyni zmanda BNA-nın mart ayında elan etdiyi tender müsabiqəsinin nəticəsi də açıqlanıb.
BNA-nın Neftçilər prospektində (“Hökumət ev”inin qrşısında) və Füzuli küçəsi ilə Mirzəağa Əliyev küçələrinin arasında yerləşən yeraltı avtomobil dayanacağı komplekslərində mühafizə xidmətlərinin həyata keçirilməsi məqsədi ilə elan etdiyi tenderin qalibi “Gesco” ASC (VÖEN – 1300664041) olub.
BNA qeyd olunan obyektlərin 12 ay ərzində mühafizəsinə görə “Gesco” ASC-yə 230 min 498 manat 18 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 4 000 manat nizamnamə kapitalı olan “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin sabiq müdir müavini Camalzadə Murad Fərrux oğludur. “Gesco” ASC-nin təsisçisi isə Nağıyev İlham Əli oğludur.
 yeniavaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar