Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Levon Ter-Petrosyan: "Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır, başqa yol yoxdur"

27-09-2022, 19:52   


Levon Ter-Petrosyan ermənistan paşinyan

ŞƏKLİN MƏNBƏYİ,1TV.AM

Şəklin alt yazısı,

Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin sahmana salınmasının labüdlüyünü qeyd edib.

"Bizi çətin, ağrılı və heç birimizin ürəyinə yatmayacaq qərarlar gözləyir. Azərbaycanla və Türkiyə ilə müqavilələr imzalanmalıdır. Lakin elə məqam olur ki, başqa yol yoxdur", - Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan "yenidən dövlət quruculuğuna başlamalı" olacaq.

O, müxalifətin Paşinyandan qurtulduqdan sonra Ermənistan üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağın mümkünlüyünə ümid etməsini "sadəlövhlük" adlandırıb.

Ermənistanın 2020-ci ildə ikinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra müxalifət Baş nazir Paşinyanın istefasını tələb edir. Müntəzəm olaraq izdihamlı etiraz aksiyaları, mitinqlər keçirilir. Onlar deyirlər ki, məğlub olmuş ölkə rəhbəri Ermənistan adından bərabərhüquqlu danışıqlar keçirmək iqtidarında deyil və o yalnız "kapitulyasiya" sənədi imzalaya bilər.

Ter-Petrosyan hesab edir ki, bu gün hakimiyyətə kim gəlirsə gəlsin, eyni və ola bilər ki, "bundan daha pis" şərtlərlə sənəd imzalamalı olacaq.

"Məlumatsızıq"

Sabiq Ermənistan prezidentinin sözlərinə görə, bu gün danışıqlar prosesinin detallarına və "Ermənistandan nə tələb olunduğuna dair məlumata tək Paşinyan bələddir".

"Bu məlumata bələd olmayaraq, biz məsələnin başqa, daha yaxşı həlli olub-olmadığını deyə bilmərik", Ter-Petrosyan bildirib.

"Nə həll olursa olsun, bizim üçün pis olacaq. Mən bu şəraitdə yeganə çıxış yolu görürəm: bütün bu pis həllərdən bizim üçün ən az ağrılı olanı seçmək. Bunu anlamaq üçün isə məlumata malik olmalıyıq", o deyib.

Levon Ter-Petrosyanın sözlərinə görə, "Paşinyan da bu sənədi imzalamağa qorxur".

"Nə sənəd imzalasa da, onu tənqid edəcəklər, ona "satqın, türk" deyəcəklər", - Ter-Petrosyan deyib.

Müxalifət hesab edir ki, "sülh sazişi adlanan sənəd" əslində kapitulyasiyadır, çünki Ermənistandan ölkə ərazisindən Azərbaycan üçün dəhliz açmaq və Dağlıq Qarabağdan imtina etməsi tələb olunur .

"Bəli, mən də demişəm: Ermənistan kapitulyasiyaya uğrayıb, - Ter-Petrosyan deyib. - Dünya tarixində bizdən də güclü dövlətlər kapitulyasiya imzalayıb, məsələn, Yaponiya...".

"Rusiya açarı itirib"

Ermənistanın birinci prezidenti Ermənistanda yaranmış vəziyyətin ötən həftə Bütün Ermənilərin Katolikosu II Qareginin Eçmiəzdin iqamətgahında sabiq Ermənistan prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və tanınmamış DQR prezidentləri Arkadi Ğukasyan və Bako Sahakyanın iştirakı ilə müzakirə olunduğunu bildirib və bu qəbildən görüşlərin davam etdirilməsini istrisna etməyib.

Ter-Petrosyan hazırkı vəziyyətdə ümummilli birliyin vacibliyini qeyd edib.

Onun sözlərinə görə bu, "taleyüklü məqamda fikir ayrılığı, ziddiyyətləri, mübahisələri bir yana qoymaq və iqtidarla müxalifət arasında dialoq tələb olunur".

Siyasi gərginlik sentyabrın 13-ü gecəsi Azərbaycan-Ermənistan sərhədində qanlı döyüşlərdən sonra və Baş nazir Paşinyanın Azərbaycanla sənədlər imzalamağa hazır olduğunu bəyan etdikdən sonra daha da artıb, minlərlə insan Yerevanda izdihamlı nümayişə çıxıb.

Müxalifət Ermənistan hökumətini Dağlıq Qarabağ probleminin həllindən imtina etməkdə də ittiham edir.

Ermənistanın birinci prezidenti Levon Ter-Pertrosyanın sözlərinə görə, bu məsələ artıq həll olunub.

"Artıq həll olunub. Ermənistan artıq heç bir rol oynamır. Yalnız humanitar yardım, tikinti və iqtisadiyyatın bərpasında iştirak edir", - o deyib.

Problemin həlli açarının Rusiyanın əlində olması haqqında sualın cavabında Ter-Petrosyan deyib: "İndi Rusiyanın özünün o qədər problemi vardır ki, bu açarı itirib".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar