Xəbər verdiyimiz kimi, KXCP sədri Mirmahmud Mirəlioğlu səhhətində yaranmış problemlə bağlı Türkiyəyə gedib.
Bu barədə Avropa.info-ya açıqlama verən KXCP sədrinin müavini Elşən Həşimov bilidirib ki, Mirmahmud Mirəlioğlu sentyabrın 9-da Türkiyəyə Millətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalının dəvəti ilə gedib.
Onun sözlərinə görə, KXCP sədrinin səhhətində yaranmış problemdən xəbər tutan MHP başqanı Mirmahmud Mirəlioğlunu hərtərəfli müayinədən keçmək üçün təkidlə qardaş ölkəyə dəvət edib.
"KXCP liderinə göstərdiyi qardaş diqqətinə görə MHP başqanı hörmətli Dövlət Baxçalıya minlərlə KXCP üzvü və Mirmahmud Mirəlioğlunun sevənləri adından təşəkkür edirik", -deyə o bildirib.
Məlumata görə, Mirmahmud Mirəlioğlu Ankarada xəstəxanaların birində müayinədən keçib və müalicə olunur.
Elşən Həşimov KXCP sədrinin səhhətinin normal olduğunu bildirib.