“Avtonəqliyyat vasitələrinin Ermənistan ərazisindən Azərbaycandanın digər bölgələrindən Naxçıvana və əks istiqamətdə tranzit keçməsi mümkün olarsa, Ermənistan Respublikasında yerli və beynəlxalq avtomobil yolları tranzit zamanı bağlanacaq. Nəticədə bu, Ermənistan sakinlərinin sərbəst hərəkətinə mane olacaq”.
Cebhe.info xəbər verir ki, bunu erməni mətbuatı v sosial şəbəkələri yazır.
Müzakirə getdikcə qızışıb və Ermənistan Milli Təhlükəsizlik Xidməti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirməli olub.
“Bu doğru deyil”, - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, yerli və ya beynəlxalq (dövlətlərarası) yolları bağlamağı planlaşdırmayan mümkün tranzit marşrutları və prosedurları hazırlanır.
Bildirilir ki, hökumətin layihəsində Azərbaycan Respublikasının digər əraziləindən avtomobil nəqliyyatı ilə Naxçıvan Muxtar Respublikasına tranzit keçmək imkanı yaradan 3 yeni buraxılış məntəqəsinin açılması nəzərdə tutulur.
“Hazırda mümkün tranzit marşrutları və prosedurları hazırlanır ki, onlar yerli və ya beynəlxalq (dövlətlərarası) yolları bağlamağı, yaxud Ermənistan əhalisinin, eləcə də əcnəbilərin, onların nəqliyyat vasitələrinin hərəkətinə digər məhdudiyyətlər qoymağı planlaşdırmırlar”,-deyə agentliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Azərbaycanla sərhəddə üç sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı yeni layihə Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında elan edilmiş göstərişi ilə əlaqədar hazırlanıb.
2022-ci il avqustun 4-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən kommunikasiyanı təmin etməyə hazır olduğunu bəyan edib. O, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu marşrutun təhlükəsizliyinə zəmanət verib.
Bu, təkcə Qazax-İcevan marşrutu ilə deyil, həm də Azərbaycanın heç vaxt istifadə etmədiyi, ancaq uzun müddətdir gömrük nəzarətinin fəaliyyət göstərdiyi Qazax-Berd, Vardenis, Sisian, Yeraşx, Gorus marşrutu üzrədir.
Xəzər
Cebhe.info