12 avqust saat 18:00-da peşə məktəblərinə sənəd qəbulu başa çatır.
Peşə təhsili almaq istəyən şəxslər üçün sənəd qəbulu avqustun 1-də başlayıb.
Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılacaq.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulub. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.
Düzgün ixtisas seçimi etmək həm də gələcək rifahınızın yaxşı səviyyədə olması üçün ən mühim şərtlərdəndir. Ona görə ixtisas seçimi zamanı həm də bu səbəbləri nəzərə almaq lazımdır.
Bəs günümüzdə hansı ixtisaslar daha gəlirli hesab olunur?
Cebhe.info bununla bağlı araşdırma aparıb.
Reklam və ya marketinq sahəsi
Günümüzdə reklam və marketinq ən gəlirli sahələrdən biri hesab edilir. Güclü reklam edən yaxşı tanıtım edən ən çox qazananlardır. Bunları edən marketinq menecerlər də böyük məbləğdə pul götürə bilir.
Arxitektura və mühəndis sahəsi
Ən çox ehtiyac duyulan sahələrdəndir. Avropanın ən məşhur şirkətləri Ərəb ölkələrinə verdikləri dizayn və etdikləri inşaatla milyonlar qazanır.
Bəzi arxitektur insanlar isə evdə oturub dizayn verərək gəlirlərini əldə edirlər.
Bank sahəsi
Bank sahəsi də gəlirin çox olduğu yer hesab olunur. Məsələn, department müdiri üçün banklarda ortalama rəqəm 6000-8000 AZN arasında dəyişir, minimum 4000 AZN, bəzi banklarda isə 10 000 AZN-ə qədər yüksələ bilər.
Filial müdirləri - bankdan asılı olaraq 3000 -10 000 AZN arasında əməkhaqqı dəyişə bilər. Kiçik banklarda 3000-5000 AZN, orta ölçülü banklarda 4000-6000 AZN, böyük banklarda isə daha yüksək olar bilər.
Kompüter və informasiya sistem idarəçiləri
Dünyanın ən məşhur varlı və qazanan insanları texnologiya sahəsindən gələn insanlardır.
Bu sahə Azərbaycan və dünyanın hər yerində yüksək gəlir gətirir.
Vəkil, hüquqşunas
Hüquq sahəsi də olduqca qazanclı bir sahədir. Dünya təcrübəsində hüquqşünaslar özəl şirkətlərin və tanınmış şəxslərin özəl vəkili olaraq işləyirlər (bir neçə yerdə eyni anda işləmək olur) aylıq gəliri isə gördüyü işdən asılı olaraq 1000 dollardan başlayır.
Naibə
Cebhe.info