Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirlik məktəbli formaları ilə bağlı göstəriş VERDİ

11-08-2022, 14:51   


Nazirlik məktəbli formaları ilə bağlı göstəriş VERDİ


Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib.

Direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar