Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kimlər meymunçiçəyindən ölə bilər?

1-08-2022, 12:46   


Kimlər meymunçiçəyindən ölə bilər? 


Bir neçə gün əvvəl BƏƏ-dən gələn Hindistanın Kerala əyalətinin 22 yaşlı sakini meymunçiçəyi xəstəliyindən ölüb. 

Bu, ölkədə ilk, Afrikadan kənarda isə dördüncü ölüm hadisəsi olub. BƏƏ-dən gəldikdən dərhal sonra xəstə aktiv həyat tərzi keçirib və heç nədən şikayət etməyib. Lakin iyulun 26-da qızdırması qalxdığı üçün həkimə müraciət edib.   Qeyd edək ki, Hindistanda meymunçiçəyinə ilk yoluxma iyulun 14-də aşkar edilib. 

Maraqlıdır ki, hansı hallarda meymunçiçəyindən ölüm halı baş verə bilər? 

Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, xəstəlikdən ölüm halının konkret əlamətləri öyrənilməsə də, risk qrupuna daxil olan şəxslər var: 

“Dünyada meymunçiçəyinə yoluxma və ölüm sayı çox aşağıdır. Hələlik bu xəstəlik Azərbaycanda aşkarlanmayıb. Yoluxma sürəti aşağı olduğu üçün narahatlığa da ehtiyac yoxdur. Bilirsiniz ki, risk qrupuna daxil olan şəxslər bütün xəstəliklərdə var. Bu xəstəlikdə risk qrupuna daxil olan şəxslər daha çox immun sistemi zəif olanlardır. Həmçinin, QİÇS xəstələri, onkoloji xəstələr, yaşı 70-dən yuxarı olan şəxslər risk qrupuna daxildir. Bu şəxslər meymunçiçəyinə yoluxarsa, xəstəliyi daha ağır keçirmə ehtimalı var. Yəni bu xəstəlik hələ təzə öyrənildiyindən konkret “bu əlamətdən dolayı ölə bilər” deyə bilmirik. Amma dediyim kimi, bütün risk qruplarında olan şəxslər bu xəstəlikdən də həyatını itirə bilər”. 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar