Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Polad Həşimovun bacısı: “Məmur və nazirlərin bizə gəlməsini..."

14-07-2022, 17:44   


Polad Həşimovun bacısı: “Məmur və nazirlərin bizə gəlməsini..."


İyulun 14-ü general-mayor Polad Həşimovun Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olduğu gündür. 

Zabit və əsgərlərin cəsur, mərd biri kimi xatırladıqları generalın anım günü sabah saat 10:00-da Fəxri xiyabanda olacaq.

Bu barədə Cebhe.info-ya generalın bacısı məlumat verib. O, başsağlığı üçün evlərinə gələnlərin xalqın içindəki insanların olduğunu bildirib: 

“Bu gün bizə gələn qonaqlarımız tanıyan-bilən insanlardır. Xalqın içindən olan insanlar gəlib, gedirlər. Sağ olsun Türkiyə səfiri bu gün yox, amma tez-tez gəlib. Məmur və nazirlərin bizə gəlməsini onlardan soruşun. Biz bir söz deyə bilmərik”. 

Xatırladaq ki, Polad Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və ordu sıralarında xidmətə başlayıb. Polad Həşimov “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif ediliib.

2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. 

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Polad Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. General-mayor 2020-ci il iyulun 14-də Ermənistanın Tovuz istiqamətində şiddətli döyüşlər zamanı ön xətdə qəhrəmancasına şəhid olub. Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev də şəhid olublar. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub. Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar