Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İntihar edən qazinin ailəsi icra başçısını yasa pulla buraxıb? - “Bəzi şeylər var ki...” - QARDAŞI

14-07-2022, 17:42   


İntihar edən qazinin ailəsi icra başçısını yasa pulla buraxıb? - “Bəzi şeylər var ki...” - QARDAŞI


Bir neçə gün öncə Sabirabad rayon icra başçısının laqeyd münasibətindən şikayətlənərək intihar etdiyi deyiln qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirib.

O, xüsusən də Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovun qardaşının yasında iştirakı barədə səsləndirilən iddialarla bağlı Cebhe.info-ya açıqlama verib:

"Bilirsiniz, gəlin, mən sizə bir söz deyim də. Mən öz yasımızı pis çıxmasın, siyasiləşdirə bilmərəm. Bəzi şeylər var ki, bilmirəm. Mən özüm şəhərdə yaşayıram, qardaşım rayonda yaşayırdı. Düşmənim də olsa, gəlib yasda otursa, mən onu qova bilmərəm". 

Elvin Cəfərov icra başçısının pul qarşılığında yasa buraxılması iddiasına da aydınlıq gətirib: 

"Mediada yazırlar ki, guya anam və mən pul alıb onu yasa buraxmışıq. Mən buna əsəbiləşmişəm. Birinci, adamın vicdanı, mənliyi olur. Mənim, ya qardaşımın qanı pulla satın alınmır! Dünən o vəziyyətdə ola- ola yasdan iki dəqiqəlik video paylaşmışam ki, belə hörmətsizlik olmasın. Əgər nəyəsə əsasən pul qazanmaq istəyirsənsə, bu, başqa məsələ. Boş-boş şeylər paylaşırlar. 

Mənim adımdan bu qədər şeylər paylaşırlar. Qardaşım Azərbaycanda yeganə qazidir ki, ona 9 medal verilib. O, Vətəninə canını qoyub. Bu işin üstünə düşülüb, araşdırma gedir". 

Şəlalə Babayeva
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar