Vladislav Avayevin arvadını və qızını öldürdüyü iddia edilir“Spektr”in materialı
Moskvada “Qazprombank”ın sabiq vitse-prezidenti Vladislav Avayev, arvadı və qızı öldürülmüş halda tapılıb. Bu haqda ilk əvvəl polisə istinadən “Baza” teleqram-kanalı
xəbər verib.
Bildirilir ki, qətlə yetirilənləri qohumları aşkarlayıb. Belə ki, o, bundan əvvəl onlara dəfələrlə zəng vursa da, cavab verən olmayıb. Böyüklərin meyiti bir, uşağınkı isə digər otaqda aşkarlanıb.
Polisin ilkin versiyasına görə, 51 yaşlı Avayev tapança ilə 47 yaşlı arvadı Yelena və 13 yaşlı qızı Mariyanı vurub, daha sonra özünə qəsd edib. Çünki silah onun əlində olub.
Moskva üzrə İstintaq Komitəsindən Moskvanın qərbində mənzildə odlu silahla qətlə yetirilmiş kişi, qadın və uşaq meyitinin aşkarlanması xəbərini
təsdiqləyiblər. Hadisə yerinə komitə rəhbəri Andrey Strijkov və müavini Sergey Yaroş gedib. Olayla bağlı cinayət işi açılıb.
Müstəntiqlər “Baza” kanalında önə çəkilən versiyanı təsdiqləyiblər. Prokurorluq həmçinin Universitet prospektində baş vermiş qətl hadisəsini
təsdiqləyir.
“Bu redaksiya bir çox hallarda ermənilərə xidmət göstərərək, Əliyev hakimiyyətinə qarşı çıxışlar ediblər. Hazırda “Rossiya Seqodnya”, “Sputnik” kimi Agentliklər xarici kəşfiyyat orqanlarının əlində kifayət qədər təhlükəli silaha çevriliblər” - deyə, “haqqin.az” qeyd edib.
Qeyd edək ki, "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyəti ölkənin maraqlarını düşünən hər kəsi narahat edir.Deputat Vahid Əhmədov da Rusiyanın "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyətini dayandırılmasının zəruri olduğunu bildirib: "Ukraynada baş verənlərdən və Marqarita Simonyanın bir müddət öncə Moskvada
Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra onun rəhbərlik etdiyi agentliyin kitabının bağlanmaması bir yana, fəaliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm".
"Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı iqnor etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük",- millət vəkili vurğulayıb.
V. Əhmədovun sözlərinə görə, əvvəllər ölkənin media siyasətinə rəhbərlik edənlərin qatı Moskvapərəst olduqları kimsəyə sirr deyildi və onlar bu cür işləri can başla görürdülər: "Amma indi çox şükürlər ki, media siyasətinə Azərbaycanı içdən sevən və onun təhlükəsizliyinə göz bəbəyi kimi baxan şəxslər rəhbərlik edir. Elə isə, Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. Bu heç də Azərbaycanda rus dilinə və Rusiyaya qarşı hansısa ukraynapərəsət addım kimi qiymətləndirilə bilməz. M. Simonyanın qəbuledilməz hərəkətləri ortada və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer omamalıdır"."AzPolitika.info"