“Biz təhsil kreditlərinin verilmsinə başlanılmasını yüksək qiymətləndiririk.Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına kreditlərin verilməsi qaydasında öz əksini tapan məqamların xeyli hissəsi bizim deputat həmkarım Vahid Əhmdovla birlikdə hazırladığımız “Təhsil Kreditləri haqqında” qanun lahihəsinin əsas cəhətləri ilə demək olar ki, eyni səsləşir. Amma həmin qaydada bizim hazırladığımız layihədən fərqli olaraq, bir sıra məhdudiyyətlər var.Həmin məhdudiyyətlər təhsil tələbə kreditləri əlçatanlığını xeyli azaldır”.Deputat Əli Məsimli bu fikirləri Milli Məclisdəki plenar iclasda söylədi. O qeyd etdi ki, bir sıra ölkələr ödənişsiz təhsil sisteminə üstünlük verirlər: “Ödənişli təhsil olan əksər ölkələrdə isə təhsil kreditlərinin verilməsinə tətbiq edilən faizlər çox aşağıdır. Bəzi ölkələrdə təhsil kreditləri faizsiz verilir. Digərlərində isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir.Təhsil kreditlərinə orta səviyyəli faiz tətbiq edən ölkələrin bir hissəsi faiz dərəcəsini aşağı salmağa başlayıblar. Bizdə təklif olunan standart kreditlər üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olacaq. Tələbə krediti qaytaranda aldığı puldan 2 dəfə çox pul ödəməli olacaq. Ona görə də sosial xarakterli kreditlərin faiz dərəcəsini 2 faizdən 1 faizə, standart kreditlər üçün fazi dərəcəsinin 6 faizdən 3 faizə endirilməsini zəruri hesab edirik”.
Ə.Məsimli digər vacib mövzuya da toxundu: “Adına kiçik torpaq sahəsi olanlar ünvanlı dövlət sosial yardım ala bilmirlər. Bunun Təhsil Tələbə Kreditinə də tətbiq edilməsi on minlərlə kənddən çıxmış imkansız gəncin sosial xarakterli təhsil krediti almaq yolunu bağlayır. Kənd təsərrüfatı məhsulu istehsalçılarının böyük əksəriyyətinin ailəsində adambaşına gəliri 200 manatlıq ehtiyac meyarından çox-çox aşağıdır. Ona görə də təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün sosial xarakterli təhsil tələbə kreditlərinin verilməsində aztəminatlı ailə, yəni orta aylıq gəlirləri hər bir ailə üzvü üçün 200 manatlıq ehtiyac meyarının məcmusundan aşağı olan ailədən çıxmış tələbələr əsas götürülməlidir”.
Deputatın sözlərinə görə, ali məktəbə daxil olanların topladıqları balların strukrundan çıxış etməklə demək olar ki, kreditlərin verilməsi üçün qoyulan 300 ballıq minimal bal tələbi xeyli tələbəni təhsil kreditindən faydalanmaq imkandan məhrum edir: “Çünki ali məktəbə daxil olan tələbənin 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisaslara qəbul olardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar.Ona görə də ali məktəbə daxil olanlara tələbə krediti üçün müəyyən olunan bal həddi məhdudiyyətin götürülmsini vacib hesab edirik”.
Deputat bildirdi ki, bizim hazırladığımız Təhsil kreditləri haqqında qanun layihəsində əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlərlə yanaşı,borcalanın təhsil aldığı müddətdə mənzil kirayəsi, yemək, tədris materialları, elmi-tədqiqat və araşdırma, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü də kredit verilməsi nəzərdə tutulmuşdu: “Azərbaycan reallıqlarında buməsələnin böyük aktuallığını nəzərə alaraq ğələcəkdə tələbənin əlaqədar xərclərinin kreditlə qarşılanması məsələsinə də diqqət yetirilmsini zəruri hesab edirik”.
E.Paşasoy,Musavat.com