Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib. Quliyev Vəli Eldar oğlu Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
O, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri təyin edilib.
Şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.Vəli Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
O, 2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri olub. ““Parabank”ın faktiki sahibi olmuş Eldar Quliyevin oğludur. 2016-cı ildən isə Parabokt adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi olduqda da sədr vəzifəsini yerinə yetirib.
2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.Qeyd edək ki, bu gün V.Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.