Ukraynalılar Azərbaycandan qaçqın statusu almaq üçün müraciət etməyiblər.Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Xidmətin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib ki, qaçqın statusu ilə Ukraynadan Azərbaycana gəlmək istəyənlər hələlik yoxdur:
“Hazırda müharibə ilə əlaqədar olaraq Ukrayna vətəndaşları ölkəni tərk etməyə çalışırlar. Amma onların daha çox müraciət etdikləri qonşu Avropa ölkələri - Polşa və digərləridir. Azərbaycanda qaçqın statusu almaq istəyənlər müraciət etməyiblər. Yeni məlumat olduğu halda ictimaiyyətə açıqlanacaq”.Qeyd edək ki, Rusiya və Ukrayna arasında başlanan müharibənin 4-cü günüdür. Hərbi toqquşmalar müxtəlif istiqamətlərdə davam edir. İndiyədək 150 mindən çox ukraynalı ölkəsini tərk edib. (modern.az)
Cebhe.info