Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda “Omikron” səngiyib? - “Köhnə ştammlara yoluxanlar...” - HƏKİM

21-02-2022, 13:42   


Azərbaycanda “Omikron” səngiyib? - “Köhnə ştammlara yoluxanlar...” - HƏKİM

Son günlər ölkədə yoluxma sayında azalma müşahidə olunur. Belə ki, ötən gün koronavirus infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb.
Eyni zamanda, 24 nəfər COVID-19-dan dünyasını dəyişib. Maraqlısı budur ki, ayın əvvəlində ölkədə yoluxma sayı rekord həddinə çatdıqda bir çox ekspertlər bu artımı koronavirusun “Omikron” ştammı ilə əlaqələndirir və virusun bu yolla sona çatacağını iddia edirdi. Səslənən fikirlərə görə, sözügedən artım enişə doğru keçdikcə, virus da öz gücünü itirmiş olacaq. Yenidən yoluxma sayının azalması da insanlarda virusun sona çatması ilə bağlı ümidlər yaradıb.
Maraqlıdır ki, bu enişi səngimə və ya virusun sonu kimi dəyərləndirilə bilərmi?
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, bunu səngimə kimi dəyərləndirmək doğru olmazdı. Onun sözlərinə görə, hazırda da digər ştammlara yoluxmalar davam edir:
“Nəzərə almaq lazımdır ki, evdə müalicə olunmağa üstünlük verən xəstələrin sayı həddən artıq çoxdur. Bunu görəndə adam deyə bilmir ki, bizdə həqiqətən “Omikron” və ya COVID-19-a yoluxma sayı azalır, yoxsa yox. Göstərilən statistikaya səngimə deməzdim. Çünki COVID dalğavari şəkildə gedir və bu zaman bəzən artma, bəzən azalma şəkilində özünü göstərir. Ona görə də konkret olaraq demək olmur ki, azalıb, artıb və ya sabit qalıb. Amma hələ yoluxma davam edir”.
Ekspertin fikrincə, “Omikron”la yanaşı, köhnə ştammlar da özünü göstərməyə başlayır:
“Artıq xəstələr arasında köhnə ştammlara yoluxanlara rast gəlinir. Buna görə hələ də yoluxma prosesinə səngiyib demək olmazdı, davam edir”.
Naibə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar