Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Virusa yoluxma riski: Ən çox bu yaş qrupundadır

17-02-2022, 15:38   


Virusa  yoluxma riski: Ən çox bu yaş qrupundadır

Koronavirusa ən çox yoluxma riski 18-34 yaş arası və 75 yaşdan yuxarı insanlaradır.
Cebhe.info xəbər verir ki, bu barədə “The Daily Express” Böyük Britaniyada insidentlə bağlı məlumat toplayan “ZOE Covid Study” tətbiqinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, son 14 gündə orta xəstələnmə nisbəti ilə bağlı məlumatların təhlili koronavirusa təkrar yoluxma şansının 7% olduğunu göstərib. Əksər hallarda, bu, hazırda Britaniya ərazisində üstünlük təşkil edən “Omikron” ştammıdır.
İnfeksiyanın əsas əlamətləri burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısıdır.
Daha əvvəl “ZOE Covid Symptom Study”-dən professor Tim Spektor “Omikron” ştammının burunda deyil, bağırsaqlarda yerləşə biləcəyini, altı gizli simptomun isə COVID-19-un bu variantına yoluxduğunu göstərəcəyini bildirib.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar