Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda idmançı zalda ölü tapıldı FOTO YENILƏNİB

22-10-2021, 19:23   


Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Zalın sahibi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:
"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".
O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.
***
Bakıda fitnes məşqçisi vəfat edib. 
Oxu.Az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.
Onun ölüm səbəbi hələlik məlum deyil.
 

 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar