Bəzi şəxslərin peyvəndə qarşı əks göstəriş sertifikatı (ƏGS) ilə bağlı müraciətinə cavab gecikir. Bəziləri isə onlardan ƏGS verilməsi üçün sənəd istənildiyini bildirirlər.Axar.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
“Təsəvvür edin, kimsə poliklinikaya gəlib deyir ki, onkoloji xəstəyəm, mənə peyvənd vurmaq olmaz. Həmin şəxs sertifikatı alıb çıxıb gedir. Sabah yoxlama olsa, poliklinika nəyə əsasən həmin şəxsin onkoloji xəstə olduğunu sübut edəcək? Əlbəttə ki, xəstəliyi göstərən sənəd əsasında. ƏGS-lə bağlı cavabların gecikməsi isə bu işlə məşğul olan komissiyaların işinin effektiv təşkil olunmamasından irəli gəlir”, - professor qeyd edib.