“Şənbə günü ictimai nəqliyyatın işləməməsi təhsilə mənfi təsir etməyəcək”.Bunu
Cebhe.info- ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov şənbə günü tədrisin davam edəcəyi məktəblərdən danışarkən deyib:
“Şənbə günü ictimai nəqliyyatla bağlı problemlə qarşılaşan şagirdlərin məktəbləri yaşadığı ünvana ən yaxın məktəblə dəyişdirilir. Bu, şənbə günü ictimai nəqliyyat problemini aradan qaldırmağa xidmət edən üsuldur. Şagirdlər yaşadığı evə ən yaxın məktəbi seçə bilərlər. Bu, o deməkdir ki, məktəblərin şənbə günü fəaliyyət göstərməsi və ictimai nəqliyyatın işləməməsi təhsil prosesinə çox ciddi təsir göstərməyəcək. Nəzərə alaq ki, Bakı məktəblərinin az bir qismində şənbə günü dərslər keçilir. Şənbə günü işləyən məktəblərin sayı kifayət qədər azdır”.Təhsil Nazirliyinin rəsmisi bildirib ki, hazırda sözügedən məsələnin həlli üçün, yəni yerdəyişmə ilə bağlı müracətlər çoxdur:
“Son ayda yerdəyişmə ilə bağlı nazirliyə 20-yə yaxın müraciət daxil olub. Mən düşünürəm ki, bizim arqumentlər daha əsaslıdır və bu hal dərs prosesinə mənfi təsir edə bilməz. Yaşadığı əraziyə yaxın məktəbə köçürülmə zamanı şagird yerdəyişmə etdiyi məktəbə maşın və ictimai nəqliyyatdan istifadə etmədən də gələ bilər”.Şəlalə Babayeva
Cebhe.info