Bunu Publika.az-a açıqlamasında “Səs” İnformasiya Agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev qardaşı Rasim Quliyevin həbsinə münasibət bildirərkən deyib.

B. Quliyevin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək: “Apellyasiya mərhələsində həqiqətin, ədalətin öz yerini tapacağına inanırıq. Rasim Quliyev həm də “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Həmin analitik informasiya mərkəzi də dövlətçilik və azərbaycançılıq ideologiyasının tərənnümçüsü olub. Bu istiqamətdə böyük araşdırmalar və sorğular keçirib”.
Qeyd edək ki, bu gün R.Quliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumat yayılıb./Anaxeber.info/
Tural Turan