Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Sən də düz deyirsən, elə sən də düz deyirsən” - ölkəmizdə yaranmış durumun özəti

4-08-2020, 12:37   



Qlobal fəlakətin qapı ağzında olduğu vaxt necə qərar qəbul etməli

Elə bir həssas dönəmdir ki, obyektiv və emosiyasız yanaşanda mübahisə edən tərəflərin ikisinə də haqq verirsən: “Sən də düz deyirsən, elə sən də düz deyirsən”.
Burada tərəflər karantin rejiminin uzadılmasına dair qərar verənlər və karantin rejiminin ləğvini tələb edənlərdir.
İnsanlar artıq işsizlikdən, maddi sıxıntıdan, hərəkətsizliyin doğurduğu psixoloji gərginlikdən cana-boğaza yığılıblar.
O tərəfdə də əlində karantin rejiminin ləğvindən sonra ölkədə hansı epidemioloji fəlakətin yaranacağına dair dəqiq bilgilər, proqnozlar olan adamlar var.
Onlar bilirlər ki, bu gün aşağıların sosial basqısına dözməyib karantin rejimini ləğv etsələr, insanları pandemiya ilə baş-başa buraxsalar, sonra vəziyyəti nəzarət altına almaq mümkün olmayacaq.
Əslində mövcud durum xalqdan çox, iqtidar komandasının əleyhinədir. Karantin uzandıqca narazılar, qımıldananlar, gileylənənlər, sitəm edənlər çoxalır.
Fəvvarələr meydanında həyat dayanıb: heç yer işləmir, maskalılar ...
İdarəetmə stilindən asılı olmayaraq, hər bir hakimiyyət komandası addımlarını xalqın rizası üçün atır, buna məcburdur və heç kim bilə-bilə xalqın iradəsi əleyhinə qeyri-populyar addım atmaq istəməz.
Belə razılaşaq ki, mövcud iqtidar komandası bu cür sevilməyən, təqdir olunmayan qərarlar verməyə məcburdur və onun bu işdə hər hansı korporativ marağı yoxdur.
Əslində belə bir iddia irəli sürmək absurda varmaqdır. Zatən, işləməyən, günlük, aylıq gəlirdən məhrum olan ticarət, xidmət, iaşə müəssisələrinin böyük əksəriyyəti bu və ya digər şəkildə iqtidar komandasında təmsil olunanlara məxsusdur.
Bu məntiqlə onlar karantin rejiminin uzadılmasında maraqlı ola bilməzlər, çünki oturduqları budağı və ya qızıl yumurtlayan toyuğu kəsmiş olurlar.
Ancaq yüksək mənsəblilərin və zənginlərin özlərinin ziyanına olan bu qərarları kasıbların və orta təbəqə insanlarının yarasına məlhəm deyil. Camaatın dərdi özünə dəvədir.
Ticarət, xidmət, iaşə sektorunda çalışan yüz minlərlə ailə başçısı budur, 6 aydır işləmir. Dövlətin onlara verdiyi kompensasiya çox azdır, hələ o da hamıya çatmır.
İdeal Saray | RESTORAN & ŞADLIQ SARAYLARI QİYMƏTLƏRİ 2020, MENYU ...
Məsələn, hansı sahibkar öz şadlıq sarayında, restoranın çalışan ofisiantın birini çağırıb cibinə 5 manat çörəkpulu qoyur? Bu, nadir hal ola bilər, yerdə qalanları “iş olanda çağıracağıq” deyib, adamları yola salıblar.
Şəhərdən kənardakı ticarət məkanlarında, şəhərin mərkəzindəki mollarda da vəziyyət eynidir. Onsuz da az pul qazananlar artıq ümumiyyətlə pul qazanmırlar.
İndiki durum karantindən əvvəl çox pul qazananların halına o qədər də təfavüt etməz, onlar hələ bir neçə il də pul qazanmasalar, xərcləyəcək pul-paraları var.
Nadir Qafarzadə və Zemfira Adıgözəlovadan toyda şıdırğı rəqs (VİDEO)
Neçə vaxtdır qadağan olunmuş şənlik məclisləri ilə bağlı sitəm edən şou-biznes adamlarının parlaq nümayəndəsi olan müğənninin “xərcləməyə pulum var, villamda dincəlirəm” deməyinə baxmayın, adam sadəcə, özünü sındırmır, əslində onun da maddi durumunda sıxıntı yaranmamış deyil.
Həm də gerçəkdən bu sektorda sıxıntı çəkməyənlər az-az olar. Onların dolanışığı xalqdan, şənliklərdən, məclislərdən idi, indi o sənayedə süstlükdür, toplanmış əmanətdən xərcləmək də bir yerə qədər olar.
Bəs bu durumda nə etmək lazımdır ki, nə şiş, nə də kabab yanmasın.
Etiraf edək ki, bu durumda həlledici qərar verənlərin durumu kanat üzərindəki kəndirbazın durumu ilə eynidir, bir santimetr sağa, bir santimetr sola təmayül müvazinətin itirilməsinə səbəb olacaq.
İndi yüzlərlə, minlərlə adam sosial şəbəkədə karantin rejiminin uzadılmasından narazılıq ifadə edir, amma sabah karantin rejimi ləğv olunsa və yoluxma, eləcə də ölüm hallarının sayı birə on artsa, bu günkü tələbkarlar sadəcə susacaqlar. Qərar verənlərin yaxası isə əldə qalacaq.
Facebook-a edilən son haker hücumu haqqında bilməli olduğunuz hər şey
O zaman qədim meydan döyüşlərində olduğu kimi, oxatanlar geri çəkiləcək, təpənin arxasından süvari dəstələri poliqona yeriyəcək və “karantin rejimini ləğv edərək xalqı faktiki ölüm təhlükəsi qarşısına qoyanlar”ı qlnayacaqlar.
May ayında karantin rejimi yumşaldılanda bəzi şəxslər sosial şəbəkələrdə sevinənlərə belə bir xəbərdarlıq yazmışdılar ki, 15 gündən sonra indiki qərarın yanlış olduğunu deyəcəksiniz. Elə də oldu.
Beləliklə, indi biz cəmiyyət olaraq iki odun arasındayıq, bir yandan üzümüzü təhlükəli virusun dünya boyunca uzanan alov dilləri qarsır, o biri yandan maddi, psixoloji məngənə arasına sürüklənirik.
Çıxış yolu düşünməkdədir, qoy ölkəni idarə edənlər, məlumatlı, ağıllı şəxslər oturub uzun-uzadı götür-qoy eləsinlər, müzakirələr aparsınlar, axırda optimal qərarlar qəbul etsinlər və xalq zərər görməsin.
 

Xalid KAZIMLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar