Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Turizm şirkətlərinə “siftə”: Bilet satışına İCAZƏ VERİLDİ

25-07-2020, 16:04   


Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından verilən məlumata görə, “Türk Hava Yolları” şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:
“Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyata keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və “Türk Hava Yolları” şirkətinə öz dərin təşəkkürünü bildirir”.
Trend
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar