Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İş adamlarının pulları batacaq - ELMAN RÜSTƏMOV: "TƏƏSSÜF EDİRƏM…"

1-05-2020, 14:50   

 

Lisenziyaları ləğv edilmiş AtaBank və Amrahbankda iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər.

Marja.az-ın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir: “Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa, onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar