
Gəncə Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu Prezident İlham Əliyevə video-müraciət ünvanlayıb.
Müraciətinin surətini Hurriyyet.org-a göndərən tələbə bildirir ki, Texnologiya Universitetində korrupsiya faktları mövcuddur. O, buna miasl olaraq dərsə gəlmiyən tələbələrin imtahana buraxılmasını göstərir:
“Qiyabi şöbənin dekanı Babək Həsənovun akademik məzuniyyət yazdırdığı tələbələr hal-hazırda dərsə gəlmirlər, bir çox tələbələr dərsə gəlmədikləri halda kursdan-kursa keçir”.
Tələbə Rizvan Bağırov dekan Babək Həsənova öz etirazını bildirdikdə ki, “niyə davamiyyəti olmayan tələbələrə akademik məzuniyyət yazıdırırsınız”, bundan sonra dekanla aralarında ziddiyyət düşüb:
“ATU-nun dekanı Babək Həsənov “get, hara şikayət edirsən, et”, - dedi.
Şikayətçi tələbə bununla bağlı Təhsil Nazirliyinin heç bir mövqe ortaya qoymadığını bildirir.
Prezidentə müraciətində Rizvan Bağırov qeyd edir ki, dekan ATU-nun rektoru Akif Süleymanova arxalanır. Bu baxımdan, o, Prezident İlham Əliyevə müraciət edir ki, “Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və dekan Babək Həsənovun özbaşınalıqların qarşısı alınsın”.
Hurriyyet.org
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.