Sizin Reklam Burada
Tel: 050 378-66-61

İranda təyyarə böhranı: başlamış etirazlarda rəhbərliyin "istefası tələb edilir"

13-01-2020, 10:18   


Tehrandakı Shahid Beheshti universitetinin tələbələri nümayişkaranə şəkildə ABŞ və İsrail bayraqları üzərində yeriməkdən imtina ediblər və İran hökümətinə qarşı etiraz ediblər.

İranın rəhbərləri Ukrayna sərnişin təyyarəsinin vurulmasından sonra ikinci gündür ki, keçirilən etirazların hədəfinə çevriliblər. İran hərbiyyəsinin vurduğu sərnişin təyyarəsində olan 176 nəfərin hamısı ölüb və onların əksəriyyəti iranlı olub.

Tehranda və İranın bir neçə şəhərində keçirilən etirazlarda rəhbərliyin əleyhinə şüarlar səsləndirilib.

Etirazlar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmaların və göz yaşardıcı qazdan istifadə olunması haqqında məlumatlar var.

İran ABŞ ilə artan gərginliklər müddətində təyyarəni vurduğunu əvvəlcə rədd etdikdən sonra "təsadüfən" vurduğunu etiraf edib.

Ukrayna Hava Yollarına aid "Boeing" sərnişin təyyarəsi cümə axşamı günü səhər saatlarında Tehrandan Kiyevə getmək üçün hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra vurulub.

Təyyarənin vurulmasından qısa müddət əvvəl İran İraqda yerləşən iki ABŞ hərbi bazasına raket hücumu həyata keçirmişdi.

İranın bu hücumu ABŞ-ın yanvarın 3-də İraqda dron hücumu ilə İranın yüksək rütbəli hərbi rəhbəri Qasım Süleymaninin öldürülməsinə cavab olub.

Vurulan sərnişin təyyarəsində ölənlər sırasında onlarla İran və Kanada vətəndaşı, həmçinin Britaniya, Əfqanıstan və İsveç vətəndaşları da olub.

Tehranda Shahid Beheshti universitetində etiraz
Image captionTehranda Shahid Beheshti universitetində etiraz

Bazar günü etirazlarda nə olub?

Təhlükəsizlik qüvvələrinin geniş bir şəkildə yerləşdirilməsinə baxmayaraq, nümayişçilər yeni etirazlara qatılıblar.

Etirazların qarşısını almaq üçün Çevik Qüvvət polisi, motosikletlərdə İnqilab Keşikçiləri üzvləri və mülki geyimli təhlükəsizlik qüvvələri cəlb olunub.

Bəzi sosial media kliplərində etirazçıların hökumət əleyhinə şüarlar səsləndirdiyi və "Yalan danışırlar ki, düşmənimiz Amerikadır, düşmənimiz buradadır" kimi şüarlar səsləndiriblər.

Etiraz edənlərin çoxu qadınlar olub.

BBC Fars xidməti təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı gözyaşardıcı qaz istifadə etdiyini söyləyib.

Yarırəsmi Fars xəbər agentliyi, paytaxtdakı müxtəlif nöqtələrdə 1000 nəfərə qədər adamın etiraz etdiyini yazıb.

Etirazların digər şəhərlərdə də olduğu bildirilir.

EtirazFotonun müəllifiEPA

Şənbə günü Tehranda Texnologiya universitetinin qarşısında toplaşan yüzlərlə etirazçı Ali Dini lider Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər.

" Ali baş komandan, get!" - etirazçılar şüar səsləndiriblər.

Çərşənbə günü Ukraynanın Tehrandan Kiyevə uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. İran təyyarənin səhvən vurulduğunu etiraf edib.

Göyərtədə olan 176 nəfər ölüb, onların arasında 83 iranlı, onlarla İran doğumlu kanadalı olub.

Sosial mediada universitet qarşısında keçirilən etirazları nümayiş etdirən video yayılıb. Videoda etirazçıların hakimiyyət əleyhinə şüarlar səsləndirdiyi görünür.

Videoların birində belə bir şüar səslənir: "İstefa kifayət deyil, məhkəmə lazımdır!"

EtirazFotonun müəllifiAFP

Texnologiya universiteti İranda nüfuzlu təhsil müəssisələrindən biri sayılır.

Bəzi məlumatlara görə, ölənlər arasında bu universitetin də məzunları olub.

Yerli xəbər agentlikləri daha bir universitetin də qarşısında etiraz aksiyası keçirildiyi xəbərini yayıb.

Etirazlar zamanı Britaniyanın bu ölkədəki səfiri Rob Macaire saxlanıb. O, sərnişin təyyarəsində ölənlərin anım mərasimini ziyarət etdikdən sonra saxlanıb. 3 saat saxlanan səfir etiraz nümayişini təşkil etməkdə ittiham olunub.

Britaniya Xarici İşlər Nazirliy bunu beynəlxalq qanunvericiliyin kobud pozuntusu sayıb.

Xarici işlər naziri Dominic Raab yaydığı bəyanatda bildirib:"Tehrandakı səfirimizin əsassız və izahat olmadan tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır".

Vyana Konvensiyasına görə, diplomatlar həbs oluna bilməzlər.

Cənab Macaire Britaniya səfirliyinin yaxınlığındakı bərbər salonunda saxlanıb.

EtirazFotonun müəllifiEPA
EtirazFotonun müəllifiREUTERS

ABŞ-İran böhranı: Azərbaycan gözləməli, yoxsa fəal olmalıdır?

İran-ABŞ böhranı: ABŞ "Tehranla ciddi danışıqlara hazırdır"

Qasım Süleymaninin öldürülməsi regiona necə təsir edə bilər?

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar