“Şeremetyevo” aeroportuna qəza enişi zamanı yanmış SSJ-100 təyyarəsinin qara qutuları zədələnib.
Qara qutunun səs qeydiyyatı aparan hissəsinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Bildirilir ki, bütün uçuş məlumatları köçürülüb, oxunması və təhlil edilməsi üçün hazırlıq vəziyyətinə gətirilib.
Hadisənin baş vermə səbəblərini araşdıran komissiya 30 gün ərzində nəticələr barədə ilkin hesabat hazırlayacaq.
Azərtac