Şirkətlər kredit qarşılığında Beynəlxalq Banka girov qoyulub, sonra “Aqrarkredit”in nəzarətinə keçib, daha sonra iş adamına ötürülüb, ən axırda “ASK” -ya verilib
Prezidentin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsində səmərəliliyi artırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq, istehsal potensialının artırılmasına nail olmaq, ixracı stimullaşdırmaq, qeyri-neft sektorunun inkişaf sürətini yüksəltmək, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını təmin etmək kimi bir sıra məsələlərin həyata keçirilməsindən ibarətdir.Deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün aktivlər, əsasən, “Aqrarkredit” QSC-nin Azərbaycan Beynəlxalq Bankı”(ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə edilmiş, onun balansında olan və “ASK” ASC-nin mülkiyyətinə verilən əmlak hesabına formalaşır.