SİYAHIDA XEYLİ SAYDA SİYASİ MƏHBUS VAR
Bu gün prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə əfv sərəncamı imzalayacağı gözlənilir.
Bu barədə Bakupost.az-a Əfv Komissiyasının üzvlərindən biri məlumat verib.
Komissiya üzvü bildirib ki, yaxın 2-3 saatda sərəncamın veriləcəyi gözlənilir. Mənbə onu da deyib ki, veriləcək əfv sərəncamı kifayət qədər genişdir və sərəncamla xeyli sayda siyasi məhbus hesab edilən şəxs də azadlığa çıxacaq: "Sərəncam yetəri qədər genişdir və budəfəki sərəncamda da cənab prezident hər zamankı kimi humanist davranaraq, siyasi məhbus kimi təqdim edilən xeyli sayda şəxsi əfv edəcək”.