Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Li Litzenberqer martın 12-si etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. O, Azərbaycana səfir təyin edilməsindən məmnun olduğunu bildirib, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün çalışacağını deyib:
“Bizim ölkələrimiz arasında təhlükəsizlik, enerji və iqtisadi əlaqələr, həmçinin demokratiya və idarəetmə məsələləri zəminində qərarlaşan güclü tərəfdaşlıq mövcuddur. Səfir kimi mən, ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və xalqlarımız arasında əlaqələrin inkişafına yönələn fəaliyyətləri həyata keçirmək niyyətindəyəm”.