Spiker 7424, deputat 5196 manat, köməkçi, ekspert, sürücü və xadimələr isə... - MM-də maaşlar qalxıb
7-03-2019, 09:34
Yanvar ayının 1-dən Milli Məclisin deputatlarının əmək haqları artırılıb.
Bu barədə Mia.az-a adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.
Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əməkhaqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat əlavə olunub.
Bundan sonra Milli Məclis üzvləri (yanvar ayının 1-dən) hər ay ümumilikdə aşağıdakı məbləğdə vəsait alırlar:
1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)
Məlumata görə, yanvarın 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə artırılıb:
"Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in Aparatına toplanmış, demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil".
Məlumata görə, problemlə bağlı Milli Məclisin Maliyyə idarəsi ilə İşlər idarəsinə müraciət edilsə də, nəticəsiz olub. Yəni deputat köməkçiləri, ekspertlər, sürücülər və xadimələr bu artımdan kənarda qalıblar.
Məsələ ilə bağlı hələlik deputatlardan münasibət öyrənmək mümkün olmayıb. Onlar müxtəlif bəhanələrlə suallardan yayınaraq, aylıq maaşlarını açıqlamayıblar.
Mili Məclisə isə iki dəfə rəsmi sorğu göndərilsə də, suallar cavabsız qalıb. MM-in rəsmi mövqeyini dinləməyə hazırıq.