Bir müddət öncə Ermənistana səfərdən qayıtmış jurnalist, Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev BBC News Azərbaycancaya müsahibə verərkən, Ermənistan əhalisinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də açıqlayıb. Onun sözlərinə görə, ermənilər bu məsələdə güzəştə getmək fikrindən tamamilə uzaqdırlar. "Qarabağ bizimdir, heç kimə qaytarmayacağıq, mövqeyimiz qətidir”-deyən ermənilər bu məsələdə dövlətin rəsmi mövqeyini qəbul ediblər. Jurnalistin sözlərinə görə, gündəlik təbliğat və cəmiyyət artıq buna köklənib və başqa cür danışanda, əgər kimsə danışırsa, o zaman satqın və xəyanətkar damğası alır.
Bəs görəsən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan vətəndaşlarının mövqeyi necədir? Xalqımız işğal altında olan torpaqlarımızın taleyi ilə bağlı nə düşünür? Çıxış yolunu sülhdə, yoxsa savaşda görürlər?
Musavat.com olaraq bu suallar ətrafında ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.
Nərgiz LİFTİYEVA,
Elçin Əkbər
Musavat.com