Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremlin məşhur qeyri-rusları

21-06-2014, 17:03   
Kremlin məşhur qeyri-rusları
Rusiyanın azərbaycanlı Milli Qəhrəmanı, çeçen spikeri, tatar naziri, yapon deputatı...

Bütün tarixi boyunca çoxmillətli və çoxdinli ölkə olan Rusiya tarixində qeyri-rus əsilli fiqurların – siyasətçilərin, elm xadimlərinin böyük xidmətləri var. İstər Rusiya İmeriyası, istər SSRİ, istərsə də müasir Rusiya Federasiyasında əsas olan rus amili ilə paralel, qeyri-rus faktoru da önəmli rol oynayıb.

Modern.az saytı müasir Rusiya dövlətində önəmli postlar tutmuş qeyri-rus siyasətçilərinin, elm xadimlərinin siyahısını təqdim edir.

Ruslan İmranoviç Xasbulatov milliyətcə çeçen siyasi xadimdir. 1991-ci ildən 1993-cü ilə qədər Rusiya Ali Sovetinin sədri olub.

Mənşəcə başqırd olan Elvira Sapihzadovna Nabiullina hazırda Rusiya Mərkəzi Bankının sədridir. O 2007-2012-ci illərdə iqtisadi inkişaf naziri və Rusiya prezidentinin köməkçisi vəzifəsində çalışıb.

Rəşid Qöməroviç Nurqaliyev milliyətcə tatardır. O, 2004-2012-ci illər ərzində Rusiya daxili işlər naziri postunu tutub. Hazırda Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışır.

İrina Muçuovna Xakamada rus Nina Sinelnikova və yapon kommunisti Muçuo Xakamadanın ailəsində doğulub. 1994-2003-cü illərdə Rusiya Dövlət Dumasının deputatı, 2000-2003-cü illərdə isə Dövlət Duması sədrinin müavini vəzifəsini icra edib. Hazırda Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının üzvü və radio-televiziya aparıcısı kimi fəaliyyət göstərir.

Azərbaycanlı Tahir Teymur oğlu Salahov isə Rusiya Rəssamlar İttifaqının vitse-prezidentidir. 85 yaşlı məşhur soydaşımız 2012-ci ildə Rusiya Dövlət Mükafatına da layiq görülüb.

Daha bir soydaşımız Davud Hüseyn oğlu Paşayev Rusiya Atom Gəmiqayırması Mərkəzinin prezidentidir. O, iki dəfə Dövlət Mükafatı laureatı və 1995-ci ildə Rusiyanın Milli Qəhrəmanı fəxri adları ilə təltif olunub. D.Paşayev 2009-cu ildə dünyasını dəişib.

Erməni milliyətindən olan vitse-admiral Sergey Avakyanç 2012-ci ilin mayından Rusiya Sakit Okean Donanmasının komandanıdır.

Rusiyanın mülki və hərbi aviasiya sahəsindəki aparıcı şirkəti – “Suxoy” Açıq Səhmdar Şirkərinin prezidenti əslən Dağlıq Qarabağ ermənisi olan Mixail Poqosyandır.

Alan Qumiroviç Tuleyev 1997-ci ildən bəri Rusiyanın Kemerovo vilayətinin qubernatorudur. Onun atası milliyətcə qazax, anası isə tara-başqırd əsillidir.

Milliyətcə avar olan Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov bundan öncə 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər isə Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar