
Bakıda yeni istifadəyə verilən avtomobil yolu dünən sürət vəd edirdisə, bu gün əyləci basmağı sürücülərin yadına salacaq. Bir neçə gün öncə genişləndirilərək əsaslı təmir olunan Masazır-Novxanı yolunda sürücülərin qorxusuna çevrilən cihaz quraşdırılıb.
Təmirdən öncə bu yolda sürət həddi 60 km/saat idi. Təmirdən sonra isə sürücülərə saatda 90 km sürətlə avtomobili idarə etməyə icazə verilirdi. Yolun əvvəlkinə nisbətən çox şümal və rahat olması ucbatından sürücülər sürət həddinin nə qədər olduğunu unudurdular. Yol özü də qaz pedalını sürücüyə sevdirirdi. Nəticədə yol istifadəyə verildikdən sonra qısa müddət ərzində bir neçə qəza baş vermişdi.
Rahat yolun təhlükə törətdiyini görən aidiyyatı qurumlar təhlükənin qarşısını almaq üçün qərar qəbul ediblər. Ötən gün Novxanı-Masazır yolunda hər iki istiqamətdə radar quraşdırılıb. Sürət ölçən cihaz Duzlu gölün yanında quraşdırılıb.