Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda aksiya gözlənilir: «Əsgər ölümlərinə yox!»

21-06-2014, 10:52   
Bakıda aksiya gözlənilir: «Əsgər ölümlərinə yox!»
Etirazın dəqiq vaxtı və tarixi yaxın günlərdə məlum olacaq

Son iki ildə orduda baş verən əsgər ölümləri ciddi narazılıqla müşahidə olunur. JAM.AZ xəbər verir ki, təkcə bu il orduda baş verən əsgər ölümlərinin ümumi sayı isə 44-ə çatıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, bu hadisələrə etiraz əlaməti olaraq yaxın günlərdə Bakıda etiraz aksiyası keçirilməsi planlaşdırılır. JAM.AZ xəbər verir ki, aksiyanın təşkilatçılarının konkret adları məlum deyil. Yaxın günlərdə aksiyanın keçiriləcəyi tarix və vaxt barədə isə Facebookda yaradılacaq eventdə məlumat veriləcəyi vurğulanır.

Xatırladaq ki, hələ bir il əvvəl baş verənlərlə bağlı etiraz aksiyası keçirən gənclərin bir qismi hazırda həbsdədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar