ABŞ-ın Suriyadan çıxmasına baxmayaraq İranın bu ölkədəki hərbi varlığına qarşı mübarizə aparacağıq və lazım gələrsə əməliyyatları genişləndirib vuracağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İki min amerikalı hərbçinin Suriyadan çıxması bizim tutarlı siyasətimizi dəyişdirə bilməz. ABŞ-İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq tam sürətlə davam edir”, - deyə baş nazir bildirib.