Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD girov saxladığı Azərbaycan vətəndaşlarını sünni olduqlarına görə buraxdı

21-06-2014, 10:38   
İŞİD girov saxladığı Azərbaycan vətəndaşlarını sünni olduqlarına görə buraxdı
İraqda bir neçə şəhəri ələ keçirən “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarının girov saxladıqları xarici vətəndaşlar arasında Azərbaycan vətəndaşları da olub.

Virtualaz.org saytı bu barədə ndtv.com-a istinadən xəbər verir. Xəbərə görə, İŞİD Tikrit şəhərində girov götürdüyü xarici ölkə vətəndaşlarından 48 nəfərini azad edib. Azad edilənlər 4 Türkiyə vətəndaşı, habelə Nepal, Banqladeş, Türkmənistan və Azərbaycan vətəndaşlarıdır.

Onlar sünni olduqları üçün buraxılıblar. Girovluqdan azad edilənlər Bağdada yola salınıb, oradan isə öz ölkələrinə göndəriləcəkləri gözlənilir.

“Onlar tezliklə öz ölkələrinə yola salınacaqlar” - deyə Kərkük əyalətinin polis rəisinin müavini Turhan Abdulrəhman bildirib.

Xəbərdə bildirilir ki, girovluqdan azad edilənlər Tikritdə xəstəxananın tikintisində iştirak edən xarici fəhlələr və işçilərdir. İŞİD Tikriti ələ keçirəndən sonra bu şəhərdə çoxsaylı xarici ölkə vətəndaşını girov götürüb, habelə İraq polisinin və ordusunun 2300 mənsubunu əsir alıb. Həmin əsirlərdən 1700-ə yaxını şiə olduqları üçün seçilib və xüsusi amansızlıqla öldürülüb.

İŞİD əsirlərin kütləvi qətliam səhnələrini çəkərək internetdə yayıb. Sünni hərbçilər və polislər isə “tövbə edərək” İŞİD-ə qoşulublar.

Qeyd edək ki, İŞİD-in əlində azərbaycanlı girovların da olduğu bu vaxta qədər məlum deyildi. Eyni zamanda məlum deyil ki, buraxılan sünni girovlardan başqa qəddar təşkilatın əlində Azərbaycandan olan şiə girovlar da olubmu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar