Bir qrup sahibkar gömrük və vergi qaydaları ilə bağlı üzləşdikləri problemlər haqda Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədova müraciət ediblər. Surəti Anaxeber.infoya göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Cənab Baş Nazir! Yazib sizə bildirirəm ki biz 2008-2015 ci illərdə kənd təsərrufatının ixraci ilə məşğuı olmuşuq. Mərhum Prezident H. Əliyevin təşəbbüsü ilə kənd təssərüfatının rahat şəkildə ixracinın əsası qoyulmuşdur, yəni Rusiya, Ukraynaya məhsul ixrac edilərkən gömrükdə rüsum ödənilir və kənd təsərrüfatı məhsulu ixrac ölkəsinə çattırılır. Sonradan Prezident İlham Əliyev zamanındada yenə kənd təsərrüfatı ixracı yenə inkişafına şərait yaradılmışdır. 2015-ci ildən kənd təssərufatının ixracında, məhsullar ixrac edildikdən sonra ixrac edən sahibkarlara külli miqdarda vergilər hesablanmağa başlanıldı. Belə ki çox sahibkarlar bu cür hesablamalardan sonra istintaqlara, məhkəmələrə, həbsxanalara düşdü. Külli miqdarda vergini gömrükdən keçərkən ixrac məhsullarına qoyulmuş qiymətin təsiri ilə əlaqələndirirlər. Çünki misal olaraq ölkədə Xurma 20 - 30 qəpik arası olsada Rusiyaya ixrac zamanı 1.36 manat qiymətlənməsi dövrüyyənin 5 qat artıq olmasına gətirib çıxarır. Bu zaman biz sahibkar olaraq mühasibat uçotu tuta bilmirik. Nəticədədə vergidə nazirlər kabinetinin 55 qərarına uyğun olaraq , analoqu olmayan vergilər ortaya çıxarır. Gömrük komitəsində qəbulda olduq bəzi məhsulların qiymətinin uyğunlaşmasına köməklik göstərilsədə hələdə əksəriyyətində dəyişiklik yoxdur. Əsasən Rusiya ixracda. Məhsula bu cür yülsək qiymət qoyulması sahibkarın Rusiyada da ƏDV beşqat artıq ödməsinə gətirib çıxarır. Daha sonra dövrüyyə 55-ci qərara uyğun 5 qat artıq vergi hesablanmasına gətirib çıxarır. Dəfələrlə Vergilər Nazirliyində olsaqda ixracda bu cür külli miqdarda vergilərin hesablanmasının uyğun olmadığını bildirsək də bizə Nazirlər kabinetinin 55-ci qərarını əsas gətirərək bizdən asılı deyil deyib , Nazirlər kabinetinin qərarı belə tələb edir cavabını almışıq. Məsələ ilə bağlı Fazil Məmmədovun dövründən hazırkı Nazirimiz Mikayıl Cabbarovun dövrünə kimi vergilər nazirliyində 10 dəfədən artıq iştirak etsəkdə heç bir nəticə əldə edilməmişdi. Nə bizi qəbul edən vergi məmurları bizə dolğun cavab vermişlər nə də Cənab Mikayıl Cabbarovla görüşməyimizə şərait yaratmışdılar. Hər dəfə bir bəhanə gətirərək bizim məsələnin həlli ilə bağlı heç bir tədbir görməmişlər. Biz Cənab Prezident İlham Əliyevin ixracla bağlı apardığı uğurlu siyasəti həmişə dəstəkləmişik. Bəzi vergi məmurlarının bu məsələyə biganə qalması məsələnin həllini tapmasına heçdə müsbət təsir etmir. Cənab Baş Nazir xahiş edirik bizi qəbul edəsiniz məsələni dəqiqliyi ilə Sizə izah edək, və yaxud Vergi Nazirliyinə 55-ci qərarın kənd təsərrüfatınına heçdə yaxşı təsir bağışlamayacağını nəzərə alaraq kənd təsərrüfatı ixracına Vergilər Nazirliyində yumşaq mövqe göstərmələri üçün bizə köməklik göstərəsiniz, əks təqdirdə bu məsələ kənd təssərufatı ixracatçılarının fəaliyyətinə mənfi təsirini göstərəcək. Vergilər Nazirliyində 55 qərarın tətbiqi ən axırıncı şərt olduğuna baxmayaraq əvvəldə tətbiq edilməsi ixracatçı sahibkarlarda narazılıq yaradır. Vergi məcəlləsində analoji hesablama da vardır. Heç olmasa analogiya tətbiq edilsin və yaxud sahibkarlara yumşaq vergilər hesablanmasına şərait yaradılsın. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk”
Kənd təsərrüfatı ixracatçıları:
1 Hidayətov Zöhrab Raqub oğlu, 850 min manat vergi borcu hesablanıb, tel. 051 379 89 69
2 Həsənov İlham Həsənqulu oğlu, 30 min manat vergi borcu hesablanıb, tel. 050 375 44 55
3 Talıbov Zabil Ocaqverdi oğlu 2 milyon 100 min manat vergi borcu hesablanıb tel. 050 227 25 21
4 Hidayətov Yaqub Raqub oğlu 1 milyon vergi hesablanıb tel 051 394 44 47
5 .Ağalarov Emin Cəmil oğlu 550 min manat vergi borcu hesablanıb Həbsdədi
6 Əsədov Aqil Adil oğlu 1milyon 200 min min manat vergi borcu hesablanıb həbsdədi