
Yay aylarının gəlməsi, havaların isinməsi həm də elektron cihazların da isinməsinə səbəb olur.
Havaların isinməsi ən çox "Samsung Galaxy S4" istifadəçilərinə problem yaradır. Belə ki, həmin mobil telefon da daha çox isinir və bəzən bu təhlükələrə səbəb olur. Buna misal olaraq,
İstanbulda yaşayan bir nəfər sahib olduğu "Galaxy S4"-ü elektrik qidalandırıcısına qoşub, özü isə yataq otağında uzanıb. Birdən partlayış səsi eşidib, ayağa qalxıb görüb ki, mobil telefonu alışır.
Əvvəlcə işığı kəsən telefon sahibi, daha sonra isə telefonun üzərinə su tökərək onu söndürüb.
Xatırladaq ki, Honq-Konqda evdə telefonun partlaması həmin evin külə dönməsinə gətirib çıxarmışdı.