Bir neçə gün əvvəl xəbər vermişdik ki, Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlu 2-ci qrup əlildir və 136 manat pensiya alır. Ancaq 1-ci qrup əlillik üçün müraciət edən vətəndaşın ümumiyyətlə pensiyası kəsilib. Bu məlumat Anaxeber.info saytında dərc olunduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə reaksiya verib. Nazirlik şikayəti olan vətəndaşı dəvət edib, onun problemini dinləyib və həll olunması barədə göstəriş verilib. Ötən dövrlə müqayisədə nazirliyin vətəndaşların şikayətlərinə reaksiya verməsi hallarında dəyişiklik müşahidə olunur. Halbuki, keçmiş nazir Səlim Müslümovun rəhbərliyi dönəmində mətbuatda dərc olunan şikayətlər qulaqardı edilirdi.
Anaxeber.info
Turan